"Məni otağımda güllələmək istəyirdilər”.
MÜƏLLİFLƏRİN ƏKSƏRİYYƏTİNİN YARADICILIĞI MOTAL İYİ VERƏN ÇEYNƏNMİŞ QAFİYƏLƏRİN QOXUSU İLƏ DOLUDUR
"Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turanın AzNews.az-a müsahibəsi:
– Azər müəllim, səmimiyyətinizə inanaraq bir sual vermək istəyirəm. Redaktoru olduğunuz qəzet haqqında hər yerdə alnıaçıq, üzüağ, çox rahat bir şəkildə, çəkinmədən danışa bilirsinizmi?
– Şübhəsiz, danışa bilirəm. Bugünkü "Ədəbiyyat qəzeti” haqqında danışmağa ehtiyac var. Əslində, bunu mən deyil, başqaları dəyərləndirməlidir. Dəyərləndiriblər də. Akademiklər Tofiq Hacıyev, İsa Həbibbəyli, Musa Yaqub, Sabir Rüstəmxanlı, Ramiz Rövşən, Nəriman Həsənzadə, Zəlimxan Yaqub, Vaqif Vayatlı, Dilsuz, Çingiz Əlioğlu, Mövlud Süleymanlı, Nizami Cəfərov... Amma bir qism yazarlar isə susdu. Qəzetdə baş verən keyfiyyət yeniliklərini, sıçrayışı görməzdən gəldilər. Bu barədə İradə Musayeva "Günün "Ədəbiyyat qəzeti” və ya dirilmə…” və Mətanət Vahid "Olanları görməzdən gəlməyək” adlı məqalələrində yazdılar. Özü də obyektiv və kifayət qədər sərt yazdılar. Amma Mətanət Vahidə və İradə Musayeva qədər mən bunu 1600 nəfərlik AYB üzvlərindən gözlədim, çox gözlədim. Amma əksəriyyət inadla susdu.
Təkbətək görüşlərimizdə qəzeti, az qala, dağın başına qaldıranlar istər saytlarda, istərsə də sosial şəbəkə səhifələrində susdular. Nəinki susdular. Hətta kiminsə qəzetin ünvanına yazılmış düşük bir şərləməsini və sərsəmləməsini layk etməkdən də qaypınmadılar. Amma indi mən onlar da eşitsin deyə, inamla və inadla deyirəm, təsis olunduğu 1934-cü ildən bu günə qədər "Ədəbiyyat qəzeti” heç zaman indiki səviyyədə nəşr olunmayıb. Bizi tənqid edənlər isə bir qayda olaraq, düşüncə, fikir baxımından yıpranmış yazarlardır. Region təəssübünü ümumədəbiyyat təəssübündən yuxarı görən adamlardır. Ona görə də artıq qeyzli tənqidlərə də, etiraf edə bilməməmək mərəzinə də əhəmiyyət vermirəm.
Mən "Ədəbiyyat qəzeti”nin qapılarını boz ədəbiyyatın üzünə mümkün qədər bağlamağa çalışdım. Və onlar bu qapını bundan sonra əvvəlki şəstlə aça biləcəklərinə elə də inanmasınlar. Mən gördüyüm işin məsuliyyətini bilirəm. Hansı miqyasda bir yükün altına girdiyimi də bilirəm. Ədəbiyyatın nə olduğunu isə, təvəzödən kənar olsa da, məni bəyənməyənlərdən min qat artıq bilirəm. Onlar gedib ya köhnə palan içi töksünlər, ya da imitasiya edib Avropaya bənzəmək istəsinlər. Keçməz. "Ədəbiyyat qəzeti”ndə belə şeylər keçməz və nə qədər ki, mən buradayam, keçməyəcək. İrtidad deyilən bir söz var. Öz olmamaq. Öz olana oxşamaq. Başqasına bənzəmək. Dəli bir ehtirasla çap olunmaq istəyən müəlliflərin əksəriyyətinin yaradıcılığı ya motal iyi verən çeynənmiş qafiyələrin qoxusu ilə, ya da ən yaxşı halda katolik zehniyyətinin imitasiyası ilə doludur. Bu isə ədəbiyyat deyil. Bunu ki hamımız bilirik.
Bəzən ən yaxşı halda qəzetin indiki durumunu Nəriman Həsənzadənin vaxtında çıxan "Ədəbiyyat qəzeti” ilə qiyaslandırırlar. Amma unudurlar ki, o zaman qəzetdə 32 nəfər əməkdaş çalışırdı. Bunlar Sabir Rüstəmxanlı, Nizami Cəfərov, Sirus Təbrizli, Davud Nəsib, Sabir Əhmədli, Nadir Cabbarov, Camal Yusifzadə, Rəhim Əliyev və b. idi. 32 əməkdaşla, özü də bu səviyyəli əməkdaşlarla həftəlik 8 səhifə qəzet nəşr edirdilər. 2014-cü ilin sonlarından isə biz bu qəzeti 32 səhifə həcmində çap edirik. Bu, qəzetin tarixində görünməmiş bir hadisədir. Amma bunu hansı yaradıcı qüvvə ilə edirik?
– Hansı?
– Bu suala cavab vermək istəmirəm. Hər halda, gələcək nəsillər bilsin deyə xatırlatmaq istəyirəm. İndiki "Ədəbiyyat qəzeti”nin hazırlanmasında, materialların seçilməsində mənə yaxından köməklik göstərənlərin sırası barmaqla sayılacaq dərəcədə azdır.
– Maraqlıdır, qəzetdə təsadüfi adamlar da çap oluna bilirmi?
– Desəm ki, yox, çap olunmur, bu, səmimi olmaz. Amma hamı da bilir ki, belə hallar istisnadır. Çox istisnadır. İstisna da olsa, hər halda, təsadüfi imzalardan qurtulmaq olmur. Bu sahədə əsl ölüm-dirim savaşı gedir. Bilmirəm, bunun günahını kimin ayağına yazaq. Mən daha çox kişi tənqidçiləri qınayıram. Uğursuz bir şairin yazısını çap etmirsən, bir də görürsən yazısından cin hürkən həmin müəllif barədə adlı-sanlı bir tənqidçi oturub monoqrafiya yazdı. İndi heç kəs heç kəsi tənqid etmir ki. Monoqrafiya mövsümüdür. Tərif əyyamıdır. Yazısını çap etmədiyimə görə saytlarda üstümə hücum çəkən "ədəbiyyatşünas” əslində, gedib yazdıqlarından utansın. Bu yaxınlarda rayona getmişdim. Rayonda yerli muzeyin gənc bir direktoru mənə özü barədə yazılmış qalın bir monoqrafiya verdi. Müəllif kim olsa yaxşıdır? Mənə "ədəbiyyat dərsi” vermək istəyən həmin yolsuz və hamıdan yazan "ədəbiyyatşünas”.
– Bəlkə ad çəkəsiniz?
– Məncə, ehtiyac yoxdur... Bir sözlə, tənqidçi qardaşlarımız mənasız bir ədəbiyyat ünsürünə inandırırlar ki, sən yazıçısan, şairsən. O da buna inanıb üstümüzə şığıyır. Böyük şair olduğuna inanıb axı. Və onu çap eləməyəndə təsəvvür et ki, nələr baş verir. Tez-tez şikayətə gedirlər məndən. Belə olanda çox inciyirəm. Bəzən əsl komediya. Biri hətta zəng vurub mənə dedi ki, gəlib səni otağında güllələyəcəm. Demək olar ki, hər gün bu cür təhdidlər eşidirəm. Bilirəm ki, güllələməyə kiridarı yoxdur. Onun olmayan tüfənginə, yaxud topuna "gülləqoyanlar” var sadəcə.
– Anar müəllimə bu barədə nəsə deyirsinizmi?
– Xeyr. Bunların hansı ölçüdə ədəbiyyat bəzirganı olduqlarını demirəm. Çünki deməyə ehtiyac duymuram. Az deyil bunlar. İstedadsızlar ordusunun sıra nəfərləri az deyil. Ötə yandan da adını alim, professor, ədəbiyyat bilgəsi qoyan bir qism yobazlar. Mən öz dövrümün, öz tərcümeyi-halımın "Ədəbiyyat qəzeti”ni nəşr edirəm. Bunu da hamı bilir. Əgər qəzet satışda qalmırsa... bundan sonra etiraf etməyən heç etməsin. Bizim üçün önəmli olan işdir, əməldir. Hadi demişkən, yüksək əməl.
– Bəs ən çox kimlərin çap olunmağını istərdiniz?
– İstisnasız olaraq istedadlı gənclərin. Mətnin nə olduğunu bilən, mətnin həzzini yaşayan gənclərin. Dünya ədəbiyyatında söz sahibi ola biləcək gənclərin. Mətninin magiyası, sehri olan hər bir istedadlı gənc yazıçı və şair bu qəzetdə çap olunur və olunacaq. Mən səhifələrində çağdaş Avropa ədəbi dəyərlərini qapsayan bir "Ədəbiyyat qəzeti”nin baş redaktoru olmaq istəyirəm. İstəyirəm Avropaya deyə bilək ki, Azərbaycan ədəbiyyatı budur və bizim ədəbiyyat sizinkindən heç də geri deyil. Mən belə bir qəzet buraxmaq istəyirəm.
– Azərbaycan ədəbiyyatı Avropa ədəbiyyatından geri deyil?
– Bunu iddia etməyi bacarmaq lazımdır. Millət öz böyüklüyünə inananda böyük olur. Böyük islam modernisti, Renanla fikir dartışmalarında bulunmuş Cəmaləddin Əfqaninin "Səadətin altı guşəli qəsri”ndə nə dediyini xatırlayırsınız? "İnsan öz millətinin bütün millətlərdən üstün yaradıldığına inanmalıdır. İnsan özünün yer üzünün mələyi olduğuna inanmalıdır”. Sizcə bizim Avropa ədəbiyyatçıları ilə ayaqlaşa biləcək yazarlarımız yoxdur?
– Varmı?
– Var axı... Sadəcə onları dünyaya təqdim etməyi bacarmalıyıq.
– Qəzetdə gedən materialları öz zövqünüzlə müəyyənləşdirirsiniz, yoxsa əməkdaşlarınızla məsləhətləşirsiniz?
– Mən bəlkə də ölkədə yeganə baş redaktoram ki, gün ərzində 24 saat işləyirəm. Hər gün yazı qəbul eləyirəm, oxuyuram... Hər həftə qəzet üçün 320 səhifə yazı oxuyuram ki, içindən 32 səhifənin materialını seçə bilim.
– Bəzən də tənqid səslənir ki, qəzetdə xarici ədəbiyyata çox yer verilir.
– Kəramət bəy, "Ədəbiyyat qəzeti”ni qoy bir tərəfə, ədəbi camiəni gözünün önünə gətir, özün də prosesin içindəsən. Ədəbiyyat yaradanlarımız nə qədər olar? Danışmaqlarına fikir vermə. Yazan azdır. Nə qədər ağır olsa da etiraf edək ki, indi bizdə mətnsizlik hökm sürür. Yazmırlar. Və yaxud da çox iddialı yazıçılardan "Ədəbiyyat qəzeti”nə çox bəsit yazılar gəlir. Daha çox da müsahibə verməyə meyllidirlər. Nə qədər müsahibə vermək olar? Qapını hamıya açmışıq. Düzdürmü?
– Elədir...
– Bunu bir kimsə dana bilməz ki... Buyurub mətn versinlər. Bəzilərinin "milli ədəbiyyat” dediyi o boz ədəbiyyatı mən heç zaman milli ədəbiyyat hesab edə bilmərəm. Tərcümələrin bəzən çoxluğu da bu səbəblə bağlı olur. Fransua Moriakın, Edqar Allan Ponun, Ambroz Birsin, Misimanın, Servud Andersonun, Svetayevanın, Axmatovanın... yazıları ilə, yaxud Əyyub Qiyasın nobelçi yazarlardan tərcümələri ilə bir tərəfdən o boşluqları doldurur, digər tərəfdən də yeni nəslin dünya ədəbiyyatı ilə daha yaxından tanışlığına imkan yaradırıq. İndi "Ədəbiyyat qəzeti”ndə dünya kinosuna istiqamət verən rejissorlar, görkəmli rəssamlar, ünlü teatrlar barədə də yazılar dərc olunur. Bunun nəyi pisdir ki?
Mətnsizlikdən, ədəbi havasızlıqdan çəkdiyimizi ifadə etmək isə mümkün deyil. Bura daha çox köhnə, təkrar qafiyələrlə biçilmiş şeirlər gəlir. 50-ci illərin texnologiyası ilə yazılmış hekayələrdən canımı qoymağa yer tapmıram. Mən qəzetdə belə ədəbiyyatın görünməsini istəmirəm. Məhz müstəqillik dövrünün, yeni düşüncənin yeni ədəbiyyatını istəyirəm. Məsələn, Hədiyyə Şəfaqətin, Xanəmirin, Könül Həsənqulunun, Fərid Hüseynin, Şəhriyar del Geraninin, Tərlan Əbilovun, Cavi Danın, Aqşin Evrənin şeirlərini görəndə ürəyim açılır. Mirmehdi Ağaoğlunun, Qanturalının, Cavid Zeynallının, Kənan Hacının, Günel Eyvazlının, Səxavət Sahilin, Ləman Azərin, Azər Süleymanoğlunun, Kamuranın, Nargisin yazılarını görəndə poeziya, ədəbiyyat yağmuruna düşdüyümü hiss edirəm.
Məsələn, Kəramət bəy, mən sənin özünə neçə dəfə demişəm ki, gəl "Ədəbiyyat qəzeti”ndə yazılarını çap edək?! Bir dəfə Cavid Zeynallı ilə müsahibəmdə dedim mən filankəslərə zəng eləmişəm ki, gəlin "Ədəbiyyat qəzeti”ndə çap olunun. Bundan sonra kimlərsə özlərinə ciddi yazıçı görkəmi verməkdən ötrü orda-burda danışmağa başladılar ki, Azər Turan bizdən yazı istəyir. Xeyr, mən hər yoldan keçənə zəng eləmirəm. Yalnız qələminə etibar elədiyim adamları axtarıram və qəzetdə onların yazılarını görmək istəyirəm. İndi isə heç kəsə zəng etmirəm. Çünki bu qəzet artıq hər bir ədəbiyyat adamının ortaq bir ədəbiyyat qəzetinə çevrilib. Azərbaycan ədəbiyyatının əsl mənzərəsi bu gün "Ədəbiyyat qəzeti”ndən görünür.
– Qəzetin verdiyi qonorar saytların qonorarı ilə ayaqlaşa bilirmi? Ola bilərmi ki, qəzetinizdə görmək istədiyiniz imzalar məhz qonorar məsələsinə görə "Ədəbiyyat qəzeti”nə yazı vermirlər?
– Elə müəlliflər yoxdur. Məncə, indi elə sayt təsəvvürə gətirə bilməzsən, ürəklərindən keçməsin ki,
Rüstəm Kamal, İradə Musayeva, Elnarə Akimova, Mətanət Vahid onların yazarı olsun. Amma bu müəlliflərin seçimi gördüyünüz kimi "Ədəbiyyat qəzeti” oldu.
– Söhbət məhz qonorardan gedir.
– Həm də qonorar məsələsində... "Ədəbiyyat qəzeti”nə illər boyu eyni vəsait ayrılıb. İndi də heç nə dəyişməyib. Amma elə illər olub ki, qəzet müəlliflərinə qonorar verməyib. Üstəlik də qəzet indiki kimi 32 səhifə deyil, 4-6 səhifə həcmində çıxıb. Biz 32 səhifəlik qəzetdə qonorar da veririk. Orda-burda danışanlar bu fərqi nəzərdən qaçırmasınlar. Bundan başqa qəzetin tərkibində aylıq nəşr olunan "Mir Litaretura” adında bir rus əlavəsi də var. O da 1000 tirajla çıxır. Rus əlavəsinin də xərclərini, qonoraralarını bura əlavə edin...
– Bu yaxınlarda "Ədəbiyyat qəzeti”nin tarixində ilk dəfə illik əlavə - "Ədəbiyyat” jurnalı nəşr olundu. Mükafatlar verildi və bütün bunlar sükutla qarşılandı. Sizcə, bu sükutun səbəbi nə idi?
– Bu barədə ayrıca danışmaq istərdim. Biz bu qədər işlər gördük, mükafat təsis etdik, onları təqdim etdik, dediyiniz kimi, qəzetin illik əlavəsini "Ədəbiyyat” dərgisini nəşr etdik. Azərbaycanın çox nüfuzlu ədəbiyyat xadimlərinin iştirakı ilə təqdimat keçirildi. Fikrət Qoca, İsa Həbibbəyli, Mövlud Süleymanlı, Musa Yaqub, Ramiz Rövşən, Çingiz Əlioğlu, Nizami Cəfərov, Teymur Kərimli, xalq artisti Ağakişi Kazımov və b. çıxış etdilər həmin tədbirdə. Və biz bir çox başqaları kimi hər yerindən yetəni mükafatlandırmadıq. Amma gərəkən ədəbi dairələr bu məsələdə susa bildikləri qədər susdular. Azərbaycanın ədəbi saytları isə bu işləri bir az da irəli gedib inadkar və soyuq bir sükutla qarşıladı. Bunu sanki heç nə baş verməmiş kimi qarşıladı. İndi bunun adını nə qoyaq? Yaxşısı budur, bunu özləri adlandırsın.... Mən bu qəzetdə istedadı olan heç bir qələm sahibinə biganə deyiləmsə, heç kəsin uğuruna biganə deyiləmsə, bəs niyə bizim uğurlarımız onları sevindirməsin. Özü də bu uğurlar sıradan uğurlar deyil... Elə qismən onların da iştirakı ilə baş vermiş uğurlardır.
– Manatın qiymətdən düşməsi saytlara təsirsiz ötüşmədi. Bəs "Ədəbiyyat qəzeti”nə necə, təsir elədimi?
– Xeyr, heç bir problem olmadı. Dövlət tərəfindən ayrılan vəsait normal bir qəzet çıxarmaq üçün kifayət qədər yetərlidir.
– Cavan və istedadlı qələm adamlarından "Ədəbiyyat qəzeti”nə əməkdaş kimi cəlb eləmək fikrinə münasibətiniz necədir?
– Doğrudan da köhnə təfəkkürlə müstəqillik dövrünün "Ədəbiyyat qəzeti”ni buraxmaq heç cür mümkün deyil. "Ədəbiyyat qəzeti”inin əməkdaşı dünya ədəbiyyatını və dünya ədəbi prosesində nələrin baş verdiyini bilməlidir. Bilirəm, bu müsahibəni çoxları oxuyacaq. Mən açıq danışıram. Modernizm estetikasını bilməyənlərin, şüur axını barədə məlumatı olmayanların əlindən nələr çəkdiyimi heç kəs bilmir. Bəyaz şeirlə sərbəst şerin fərqini anlamayanlar... Elə qoşmanın səhrasında azıb qalanlar... Sərbəst şerin adı gələndə "cin atı”na minənlər... İndi əslində qəzetdə yeni və yenilikçi ədəbiyyatla köhnə, mühafizəkar ədəbiyyatın savaşı gedir.
Keçən dəfə əməkdaşlarımızdan biri işin qızğın vaxtında ağ şeirin əleyhinə uzun bir monoloq söylədi. Deyirəm, belə çıxır ki, sən Şekspirin "Olum ya ölüm?” monoloqunu qəbul etmirsən? Nə cavab verdi, bilirsən? Bunun ona nə dəxli var ki? Axı, deyirəm, o məşhur Şekspir mətni bəyaz şerin ən klassik örnəklərindəndir. Təsəvvür edin, bu söhbətlər Azərbaycanda yüz il əvvəl gedib, tamamlanıb. İndi yenidən dartışılır. Özü də bir ədəbiyyat qəzetində.
Dünya Coys dünyasıdır, Folkner, Vulf, Kafka, Kamu, Eko dünyasıdır. Bununla hesablaşmaq lazımdır. Ədəbiyyatın isə bəlli bir azadlıq həddi-havası olmalıdır. Sözün azadlıq havasını məhdudlaşdıranda mətn boğula bilər.
– Azər müəllim, azadlıq demişkən... Bəs "Ədəbiyyat qəzeti”nin azadlıq sərhədləri hara qədərdir? Məsələn, Yazıçılar Birliyinin orqanı kimi bu qurumun əlehinə olan adamlar qəzetdə maneəsiz çap oluna bilirmi?
– Bu sualı sizə versəm.... Olunmurmu? "Ədəbiyyat qəzeti”nin azadlıq sərhədləri ədəbiyyat üfüqlərinin qurtardığı yerə qədərdir. Mənim üçün önəmli olan mətndir. Mətn mətndirsə onu yazanın AYB-yə münasibəti önəmli deyil. Önəmli olan ədəbiyyatdır.
– Anar müəllim də bu məsələdə sizlə həmfikirdirmi?
– Anar müəllim də belə düşünür. Bunu tam səmimi deyirəm. Mən fəaliyyətim dövründə hiss eləməmişəm ki, kimlərinsə qəzetdə çap olunub-olunmaması ilə bağlı hansısa qadağalar olsun. Kim Yazıçılar Birliyinin əleyhinədi, kim əlethinə deyil, mən bu işlərə qarışmıram. Onsuz da bu gün AYB-nin üzvü olub, sabah ona arxa çevirənləri, yaxud əksinə, azmı görmüşük? Elə adamlar var, gəlib üzvlük vəsiqəsini qoyur stolun üstünə ki, mən Yazıçılar Birliyinin üzvüyəm, təqaüd alıram, mütləq qəzetdə çap olunmalıyam. Axı Birliyin üzvü olmaq heç kəsin istedad göstəricisi deyil və ola da bilməz. Baxın, bunlara rəğmən, Yazıçılar Birliyinin vəsiqəsini baş redaktorun stolunun üstünə qoya bilməyənlər də var. Tamam ciddi şairlərdir. Məsələn, Saleh Qurbanov. Sözün həqiqi mənasında şairdir. Daşkəsənin ucqar bir kəndində müəllim işləyir. Saleh Qurbanovun ardıcıl şəkildə, 2-3 sayda şeirlərini verdim. "Ədəbiyyat qəzeti” Saleh müəllimləri çap etməkdə israrlıdır.
– Saleh müəllimi mən də yaxşı tanıyıram. İstedadlı şairdir.
– Bəli... Özü də 60 yaşı var. Amma ilk dəfə bizim qəzetdə çap olundu. Yazıçılar Birliyinin də üzvü deyildi. Təvazödən kənar olsa da deyəcəm, Saleh müəllimi mən kəşf etdim. Sonra Saleh Qurbanovun şeirləri haqqında akademik Tofiq Hacıyev məqalə yazdı. Rəhmətlik Tofiq müəllim kimi böyük bir ədəbiyyat, söz xiridarı səsimizə səs verdi...
– Qəzeti Anar müəllimlə də müzakirə edirsinizmi?
– Əlbəttə... Anar hətta bəzən hiss edirəm ki, məsələlərə qədərindən də artıq demokratik yanaşır. Anar müəllimlə bizim aramızda heç vaxt o söhbət olmayıb ki, kimi çap elə, yaxud bunu niyə edirsən! Bu, onun təbiətinə yaddır. Bu, ədəbiyyata yad söhbətdir. Anar müəllimin qəzetlə bağlı təqdir etdiyi məsələlər çoxdur.
– İradları da varmı?
– Var.
– Maraqlıdır, Elçin Hüseynbəyli qısa müddət ərzində "Ədəbiyyat qəzeti”nin baş redaktoru oldu. Onun redaktorluğunu necə dəyərləndirirsiniz?
– Elçin Hüseynbəyli hansısa müsahibəsində demişdi ki, Azər Turan mənim yolumu davam etdirir. Amma bu, yanlış ifadəydi. Bizim ədəbi yollarımız, kriteriyalarımız fərqlidir. Mənim öz yolum var.
– Əsasən, dizayn dəyişikliyini Elçin müəllimin müsbət addımı kimi qələmə verirlər.
– Deyim ki, "Ədəbiyyat qəzeti” bu dizaynda 70-ci illərdə də çap olunurdu. Yusif Əzimzadənin dövründə isə hətta bu formatda və bundan da gözəl dizaynda çıxırdı.
– Ayaz Vəfalı ilə də uzun illər bir yerdə işləmisiniz. Bəs onu baş redaktor kimi necə qiymətləndirirsiniz?
– Ayaz müəllimin, xüsusən baş redaktorluğunun son dönəmində nə baş verdisə o dövrü nəinki "Ədəbiyyat qəzeti”, həm də Azərbaycan ədəbiyyatı itirdi...
.