Bu gün gələn yay ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb.
Püşkatmada Türkiyə millisinin rəqibləri də bəlli olub.
Qardaş ölkə təmsilçisi pley-off-da Rumıniya ilə üz-üzə gələcək.
Türkiyə pley-offda Rumıniyanı məğlub edərsə, finalda Slovakiya - Kosova cütünün qalibi ilə qarşılaşacaq.
Avropa zonası üzrə pley-off cütləri:
A yolu:
İtaliya - Şimali İrlandiya
Uels - Bosniya və Herseqovina
B yolu:
Ukrayna - İsveç
Polşa - Albaniya
C yolu:
Türkiyə - Rumıniya
Slovakiya - Kosovo
D yolu:
Danimarka - Şimali Makedoniya
Çexiya - İrlandiya
.
