Ukrayna Prezidentinin müşaviri Dmitri Litvin fevralın 17–18-də Cenevrədə Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar raundunun keçiriləcəyini təsdiqləyib.

Novoye-vremyanın "Evropeyskaya pravda" nəşrinə istinadən verdiyi məlumata görə, müşavir bu gün jurnalistlərə açıqlamasında bildirib ki, hazırkı vəziyyətə əsasən Ukrayna nümayəndə heyəti səfərə hazırlıq görür.

Litvin danışıqların keçiriləcəyi tarixlə bağlı suala cavabında qeyd edib: “Bu günə olan vəziyyətə görə, Ukrayna nümayəndə heyəti səfərə hazırlıq görür”.


Qeyd edək ki, Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Rusiya,Ukrayna və ABŞ arasında danışıqların 17-18 fevral tarixlərində Cenevrədə keçiriləcəyini bildirib.

.