İrəvan hazırda faktiki olaraq KTMT-də iştirak etmir.

Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov gələn həftə Kollektiv Təhlükəsizlik Şurasının Moskvada keçiriləcək iclasında Ermənistanın təşkilatdan çıxarılması ehtimalı ilə bağlı sualı cavablandırarkən deyib.

"İrəvanın KTMT-də iştirakla bağlı rəsmi bəyanatını eşitmisiniz. Həqiqətən də müəyyən addımlar qanunvericilik sənədlərində göstərilib. Hər şey təşkilat daxilində aparılan müzakirələrdən asılı olacaq", - Kremlin sözçüsü vurğulayıb.

.