Kreml Rusiya nümayəndə heyətinin Vaşinqtonda Melaniya Trampla görüşünü müsbət qiymətləndirir.
Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
O, Rusiyanın ABŞ ilə humanitar və siyasi əlaqələrinin bir-birini mükəmməl şəkildə tamamladığını deyib.
Qeyd edək ki, dünən Ağ Evdə ABŞ-nin birinci xanımı Melaniya Trampla Aleşki şəhərindəki sülhməramlı missiya ilə bağlı Rusiya nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə Rusiyanın Ombudsmanı Yana Lantratova və Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev iştirak ediblər.
Kremlin sözçüsü vurğulayıb ki,Melaniya Tramp və onun komandası Aleşkidə humanitar əməliyyatın həyata keçirilməsi üçün əhəmiyyətli səylər göstəriblər.
Peskov Kirill Dmitriyevin hələ ABŞ-dan qayıtmadığını və ABŞ prezidenti Donald Trampla görüşünün nəticələri barədə Putinə məlumat vermədiyini də qeyd edib.
.
