Rusiya ötən gecə Ukraynaya təxminən 190 hücum dronu və ballistik raketlərlə zərbə endirib.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X” hesabında bildirib.

Onun sözlərinə görə, hücum nəticəsində 5 nəfər, o cümlədən bir uşaq ölüb, daha 14 nəfər isə yaralanıb.

Zelenski bildirib ki, əsas hədəf Kiyev və Kiyev vilayətində enerji infrastrukturu olub. Zərbələrin nəticələrinin aradan qaldırılması və elektriklə su təchizatının bərpası istiqamətində işlər davam edir.

.