Qaradağ Rayon İcra Hakimiyyətinin yeni təyin olunan başçısı kollektivə təqdim edilib.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Natiq Oruc oğlu Əliyev bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.
Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.
Natiq Əliyev ona göstərilən etimada görə minnətdarlıq edib.
.
