İtaliya hərbi kontingentinin İraqdan çıxarılmasını tam başa çatdırıb.
Bu barədə İtaliyanın müdafiə naziri Qvido Krosetto bildirib.
Onun sözlərinə görə, axtarış-xilasetmə işlərində və maddi-texniki təminatın daşınmasında iştirak edən sonuncu italiyalı hərbçilərin sentyabrın 30-da geri qayıtması ilə İtaliya Silahlı Qüvvələrinin İraqdakı iştirakı başa çatır.
Nazir bildirib ki, bu, İtaliyanın birtərəfli qərarı deyil, Bağdad və tərəfdaş ölkələrlə razılaşdırılmış yeni mərhələnin tərkib hissəsidir. İraq təhlükəsizlik qüvvələri ölkənin təhlükəsizliyinə görə daha böyük məsuliyyət daşıyacaq.
Krosetto əlavə edib ki, İtaliya ilə İraq arasında hərbi iştirakın azalmasına baxmayaraq, əməkdaşlıq, təlim, təcrübə mübadiləsi və potensialın inkişaf etdirilməsi davam etdiriləcək.
.
