Ukrayna Rusiya və ABŞ-nin iştirakı ilə danışıqlara açıqdır, lakin ərazi məsələləri yalnız texniki komandaların danışıqları səviyyəsində həll edilə bilməz.

Bunu Ukrayna Prezidenti Vlodimir Zelenski "Prague International" radiosuna müsahibəsində bildirib.

"Liderlər səviyyəsində birbaşa təmas olmadan ərazi məsələlərində razılığa gəlmək mümkün deyil", - o vurğulayıb.

Zelenski əlavə edib ki, Ukrayna həm ABŞ, həm də Avropadan təhlükəsizlik zəmanətlərinə, həmçinin Avropa İttifaqına (Aİ) üzvlük istiqamətində irəliləyişə ümidlidir. Onun fikrincə, bu elementlər Rusiya-Ukrayna müharibəsinin başa çatması üçün daha geniş 20 bəndlik sülh planının bir hissəsidir və münaqişədən sonrakı dövrdə Ukraynanın bərpası üzrə geniş tədbirlər paketini özündə ehtiva edir.

.