Ukrayna Prezidenti Volodimir Zelenski İsveçrədə səfərdədir.
Ukrayna KİV-i xəbər verir ki, prezidentin mətbuat katibi Sergey Nikiforov bu gün prezidentin Davosda Dünya İqtisadi Forumunda çıxışının planlaşdırıldığını bildirib.
Onun sözlərinə görə, Zelenski çıxışından əvvəl Almaniya Kansleri Olaf Şolts ilə danışıqlar aparacaq.
Qeyd edək ki, dünən açılışı olan və dörd gün davam edəcək forumun əsas mövzusu "İntellektual dövr üçün əməkdaşlıq"dır. Müzakirələr geoiqtisadi qeyri-müəyyənlik, süni intellektin rolu və planetin qorunması məsələlərini əhatə edəcək.
.