Mineralnıye Vodı şəhərindən Antalyaya uçan Rusiyanın “Azimut” aviaşirkətinə məxsus sərnişin təyyarəsində partlayış təhlükəsi barədə məlumat daxil olub.

Bu barədə Türkiyənin aviasiya portalı “AirportHaber” portalı məlumat yayıb.

Məlumata görə, söhbət Sukhoi Superjet 100 tipli, A46217 reys nömrəli təyyarədən gedir. Hadisə ilə əlaqədar Türkiyənin müvafiq aviasiya və təhlükəsizlik xidmətləri gücləndirilmiş hazırlıq rejiminə keçirilib.

Bildirilir ki, təyyarə uçuşunu Türkiyə istiqamətində davam etdirib. Antalyaya endikdən sonra hava gəmisinin təhlükəsiz zonaya aparılması və partlayıcı qurğunun olub-olmamasının yoxlanılması planlaşdırılır.

.