Rusiya Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesini hər zaman dəstəkləyir.

“Sputnik Armenia” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Biz Ermənistan-Türkiyə dialoquna bundan sonra da hər cür kömək etməyə hazırıq. Bu, regionun maraqlarına, sabitliyinə və iqtisadi rifahına cavab verir”, -Rusiya XİN sözçüsü bildirib.

Zaxarova xatırladıb ki, Rusiya təkcə 2022-ci ildə deyil, hər zaman İrəvanla Ankara arasında münasibətlərin normallaşmasına töhfə verib.

.