Rusiya və Ukrayna Əbu-Dabidəki danışıqlarda sülhə yaxınlaşıb.
Bunu Rusiya prezidentinin köməkçisi Vladimir Medinski bildirib.
“Mənə elə gəlir ki, bəli, amma indi çox şey prosesin bütün iştirakçılarından asılıdır”, Medinski tərəflərin sülhə daha yaxın olub-olmaması sualına cavabında deyib.
Qeyd edək ki, noyabrın 10-11-də Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ nümayəndələri arasında üçtərəfli danışıqlar keçirilib. Danışıqların əsas mövzusu Rusiya və Ukraynanın təhlükəsizliyi olub. Yekunda tərəflər genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər.
.
