Serbiyanın "Birləşmiş Serbiya" seçki siyahısının lideri Aleksandar Vuçiç ölkənin cəmi 17 gün ərzində sabitliyini itirdiyini bildirib.

O bu barədə Serb Tərəqqi Partiyasının (SNS) qərargahında keçirdiyi mətbuat konfransında danışıb.

Vuçiç qeyd edib ki, sabitlik Serbiyanın inkişafının təməl daşı və əsas dayağı olub:

"Seçki kampaniyası zamanı da bildirmişdim ki, Serbiyaya sabitlik, sülh və tərəqqi lazımdır, qorxu deyil. Hesab edirəm ki, bu fikir bu gün əvvəlkindən daha da aktualdır. Serbiya cəmi 17 gün ərzində onu fərqləndirən, ölkənin inkişafının təməl daşı və əsas dayağı olan sabitliyini itirib. Qorxu insanların evlərinə hakim kəsilib".

.