Ekspertlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün kreativ ideyaların hazırlanması ilə məşğuldur.
Bunu "Vestnik Kavkaza”nın müxbirinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri zamanı dediyi "Nizamlanma üçün əsas formalaşdıracaq kreativ ideyalar tapmağa çalışacağıq” sözləri ilə bağlı sualına cavab verərkən Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O bildirib: "Məsələ də ondadır ki, gələcəkdən söhbət gedirdi, yəni bu cür ideyalar hazırlanmallı və kreativ olmalıdır. Məhz bu cür kreativ ideyalar dəstəklənəcək. İndi ekspertlər bunun üzərində işləyir”.
Rusiyanın xüsusilə Azərbaycanla ikitərəfli münasibətlərin inkişafı ilə bağlı böyük planları var.
Bunu da mətbuat konfransında Trend-in xüsusi müxbirinin sualına cavab verərkən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O bildirib: "Ümid edirik ki, gələn il tərəfdaşlarımız, müttəfiqlərimiz və dost ölkələrlə münasibətlərimiz uğurla inkişaf edəcək. Bizim xüsusilə Azərbaycanla ikitərəfli münasibətlərin inkişafı ilə bağlı böyük planlarımız var. Hər zaman yeni ilə ümidlər bəslənir və təbii ki, biz sülh, sabitlik və bütün konstruktiv planlarımızın reallaşmasını istəyirik”.
.
