Bəşəriyyətin ən böyük insan qırğınına səbəb olan hadisələrdən olan avtoqəzalar hər keçən gün minlərlə insanın həyatına son qoyur. Həyatına son qoyduğu insanlardan əlavə onların başsız qalan ailələrini və övlad itirən valideynlərini də nəzərə alsaq yüz minlərlə insanın həyati fəlakətinə səbəb olan qəza hadisələrinin orta nisbətini götürdükdə ən çox baş verdiyi respublikalardan biri olan Azərbaycanda hər keçən gün televiziyalanın xəbər proqramlarında onlarla qəza hadisəsinə şahidlik etmiş oluruq. Bu qəzaların baş vermə səbəblərin sayının bir neçə sıfırla ifadə olunması diqqətdən yayınmır. Düşüncə bədbəxtliyindən tutmuş yol infrastruktrunun lazımınca olmamasınadək yüzlərlə səbəb tapmaq mümkündür, son 25 ilin dəhşətli statistikalarını özündə ehtiva edən yol terrorunda... Ailə başçısını itirən övladların çoxusunda atasının ölüm səbəbi kimi göstərilən qəzaların ən başıca səbəbi şübhəsiz ki, yüksək sürətdir. Mənzil başına yetişmək üçün səbirsizlənən şəxsin ani ehtiyyatsızlığı kifayətdir ki, ya piyadanın canını alsın ya da öz adını mərmər üzərinə həkk etdirsin.Hər halda metrolarda quraşdırılan eskalatorlarda saniyə söhbəti aparan Azərbaycan insanının bunuçün öz obyektiv və subyektiv səbəbləri vardır ki bunlardan da başlıcası gündəlik həyatın çətinliyindən doğan əsəb və stress gərginliyidir...
Son 25 il ərzində rəsmi statistikaya görə ölkə ərazisində 64141 yol qəza hadisəsi qeydə alınıb və bunun da nəticəsində 22249 nəfər dünyasını dəyişib,71 883 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Ötən 25 ildə ən "yüksək" göstərici 1991-ci ildə qeydə alınıb.Həmin il respublika ərazisində baş verən 3336 yol qəza hadisəsində 1281 nəfər dünyasını dəyişib. Ən az yol qəza hadisəsi isə 2000-ci ildə qeydə alınıb.Həmin il baş verən 1987 hadisədə 596 nəfər dünyasını dəyişib... Bunların rəsmi statistika olduğunu nəzərə alsaq rəqəmlərin obyektivliyi təbii ki şübhə altına alına bilər...
Müstəsna maddi imkanlara malik ailənin orta məktəbin 9-10-cu siniflərində təhsil alan azyaşlı övladına aldığı və ona bədbəxt eqoizm aşılayan dördtəkərli qara metal qurğusunun həmyaşıdlarının həsədinə səbəb olmasını da nəzərə alsaq, bəndəniz də daxil olmaqla təfəkkür imkanlarından asılı olmayaraq elə bir insan tapmaq olmaz ki o avtomobil həvəsi ilə yaşamasın. Hətta aylıq əməkhaqqı 150-200 manat civarında olan ailələrin də ayağını yerdən üzən "dördayaqlı qatillə" təchiz olunduğu diqqətdən qaçmır. Belə olan halda isə adambaşına düşən avtomobil sayına görə öncül yerlərdən birini tutan ölkənin bunun üçün lazımı yol infrastrukturu olmalıdır. Alternativ yol anlayışının utopiya kimi səsləndiyi Azərbaycanda hər gün yollarda şütüyən vaz seriyasından tutmuş avtotexnolgiyanın ən son məhsulu olan minlərlə avtovasitələrin törətdiyi qəzaları birbaşa sükan arxasında əyləşən canlının da ayağına yazmaq düzgün olmazdı....
Sürücülük vəsiqəsinin rüşvətlə verildiyi Azərbaycanda rüşvət verən tərəflə qəbul edənin eyni məsuliyyət daşımasını nəzərə alsaq burada bilavasitə aidiyyatı dövlət orqanlarını da günahlandırmaq lazımdır. Hər halda sürücülük vəsiqəsi almaq üçün tələb olunan imtahan şərtlərinin qəlizliyi, imtahanda iştirak etməık üçün günü-gündən qalxan dövlət rüsumu və sonda şirinlik adlı "bəxşiş"i verməli olan şəxs özünü əziyyətə salmaqdansa "tələb olunan" məbləği ödəyib hər hansı kateqoriyalı sürücülük vəsiqəsinə yiyələnəcək.
Yolun bir kilometrinə düşən xərclərə görə dünya lideri olan ölkəmizi əfsuslar olsun ki, keyfiyyət göstəricisinə görə son pillələrdə axtarmaq lazım gəlir. Bunu da birbaşa "praqmatik" səlahiyyətlilərin ayağına yazmaq daha düzgün olardı.Hər halda ixtisaslaşmasından asılı olmayaraq ölkədə fəaliyyət göstərən qurumların əksəriyyətində "yeyinti sənayesi" yaxşıca inkişaf etmişdir. Bu qurumlardan öz "faydalılığına" görə qabaqcıl yerlərdən birində qərarlaşan yol-nəqliyyat sahəsində hər il yüz milyonlarla vəsait mənimsənilir.Ancaq rəsmilərin açıqlamalarında əksər hallarda şişirdilən qiymət göstəricisi yol-nəqliiyat sistemində tam fərqlidir. 7-49 milyon dollar arasında dəyişən katostrafik məbləğin doğru omadığını inadla bəyan edən rəsmilər bunu yolsalmada lazım gələn digər məsələlələrlə əsalandırırlar. Ancaq sıfırdan başlayan yol tikintisində dünya statistiklərinin açıqalamasına görə 142 000-1 810 000 arasında dəyişir bu rəqəm. Uzağa getməyək, "Böyük ipək yolu" layihəsində ölkəmizin tərəfdaşı olan Qazaxıstanda Çinə qədər uzanacaq 2500 kilometrlik yol xəttinin tikintisi üçün cəmi 4 milyard dollar vəsait ayrılıb. Başqa sözlə, hər kilometrə orta hesabla 1.7 milyon dollar düşür. Dünyada öz yol şəbəkəsinin genişliyi və yol infrastrurunun keyfiyyətinə görə öncül sıralarda qərarlaşan Finlandiyada yolun bir kilometrinin toplam xərci orta hesabla 3.4 milyon dollar edir. Əgər Sovet dövrü və ölkə təcrid olunmuş vəziyyətdə olsaydı bizim rəsmilərin fikri ilə razılaşmaq olardı.Ancaq indi texnologiya əsridir və dünya iqtisadiyyatında gedən prossesləri izləmək üçün internet qarşısında hər gün 20-30 dəqiqə vaxt keçirmək kifayətdir...
Sahib Əsədbəyli
.