Azərbaycan üzərindən Aİ ölkələrinə enerji təchizatı çox önəmlidir.

Bunu Almaniya xarici işlər naziri Yohann Vadeful Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Almaniya üçün Azərbaycanla enerji əməkdaşlığı önəmli dəstəkdir.

“Biznes Şurası isə yaxın zamanda fəaliyyətə başlayacaq”, - o vurğulayıb.

O qeyd edib ki, Avropada enerji təchizatı ilə bağlı vəziyyət təhlükə altındadır: “Biz yeni mənbələr, etibarlı tərəfdaşlar hesabına enerji təchizatının diversifikasiyasını genişləndirmək istəyirik. Bu önəmli tərəfdaşlardan biri də Azərbaycandır”.

.