"Hazırda Müdafiə Sənayesi Nazirliyinin tərkibində hərbi zavodlar fəaliyyət göstərir. Bu zavodlarda bu günə qədər 1160 adda hərbi təyinatlı məhsul istehsal olunub".

APA-nın məlumatına görə, bunu müdafiə sənayesi naziri Yavər Camalov deyib.
Nazir qeyd edib ki, Müdafiə Sənayesi Nazirliyi bir çox ölkələrə hərbi təyinatlı məhsullar satır. Bu ölkələr sırasında ABŞ, Cənubi Koreya və Afrika ölkələri var: "Bu da onu göstərir ki, Azərbaycanın istehsal etdiyi hərbi təyinatlı məhsullar ən yüksək standartlara cavab verir”.
Y. Camalov həmçinin bildirib ki, hərbi təyinatlı məhsulların satışı ilə bağlı ümumi dəyəri 110 milyon dollar olan müqavilələr imzalanıb, bu müqavilələrin 61 milyon dollar dəyərində olan qismi icra olunmaqdadır.

Yaxın perspektivdə Azərbaycanın əsas məqsədi "Hava-Hava", Hava-Yer" tipli raketlərin istehsalıdır

"Bu il dövlət sifarişi proqramı artıqlaması ilə yerinə yetirilib".
Bunu da Yavər Camalov deyib.
Nazir qeyd edib ki, ötən ilin müvafiq dövri ilə müqayisədə bu il güc strukturlarına təhvil verilən müdafiə təyinatlı məhsulların həcmi 1,6 dəfə, çeşidi 1,8 dəfə artıb.
O, yaxın perspektivdə Azərbaycanın əsas məqsədləri sırasında uzaqmənzilli raketlərlə bərabər "Hava-Hava", Hava-Yer" tipli raketlərin istehsalı olduğunu bildirib: "Bununla bağlı artıq dünyanın aparıcı hərbi şirkətləri ilə ilkin razılıq da əldə olunub”.

Y. Camalov bildirib ki, bu məmulat "ADEX-2016” sərgisində də nümayiş etdirilib və böyük maraqla qarşılanıb: "Azərbaycan Silahlı Qüvvələrini yeni növ "Zərbə” pilotsuz uçuş aparatları ilə təmin etmək üçün yaxın vaxtlarda bu məmulatın seriyalı istehsalına başlanılacaq. Bununla bağlı Müdafiə Sənayesi Nazirliyi ilə Müdafiə Nazirliyi arasında anlaşma memorandumu da imzalanıb".

Yavər Camalov öz növbəsində bildirib qeyd edib ki, Azərbaycana 150-200 hərbi helikopter lazımdırsa, bunun üçün xüsusi istehsal sahəsi yaradılmasına ehtiyac yoxdur: "Az sayda hərbi helikopterləri onu istehsal edən ölkələrdən almaq daha sərfəlidir”.
.