Rusiyanın neft emalı zavodlarına (NEZ) edilən hücumlar daxili bazarın zəruri həcmdə yanacaqla təmin olunmasına təsir göstərməməlidir.

"İnterfaks" xəbər verir ki, bunu Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak bildirib.

"Bizdə hasilat və emal həcmlərinin artırılması üzrə bütün zəruri tədbirlər görülür. Hazırda zavodlar təmirdən çıxıb. İdxalımız da təmin edilir. Əslində, bütün bu tədbirlər bizə bazarı təmin etməyə imkan verir", - o deyib.

A.Novakın qeyd edib ki, oktyabrın 30-na keçən gecə Rusiya ərazisində 3 NEZ-ə və Samara vilayətinin bir qaz-kimya kompleksinə hücum həyata keçirilib.

.