"İnterfax" agentliyinin verdiyi məlumata görə, Ukraynanın baş naziri Arseni Yatsenyuk ölkəsinin Rusiya ilə iqtisadi əməkdaşlığı davam etdirmək niyyətində olduğunu açıqlayıb. Arseni Yatsenyuk yerli mətbuata müsahibəsində deyib ki, Ukrayna rəhbərliyi Rusiya ilə viza rejiminin tətbiq olunmasından vaz keçib və rəsmi Moskva ilə danışıqlar masasına oturaraq müzakirə aparmaq niyyətindədir.
Ukraynanın hökumət rəhbəri mövzu ilə bağlı daha sonra bunları deyib: "Viza rejiminin tətbiqi bizə heç nə verməyəcək. Bizim xalqın Rusiya əhalisi ilə həddən artıq yaxşı münasibətləri vardır. Biz Kremllə yeni danışıqlara hazırıq. Bərabər şəraitdə Rusiya ilə iqtisadi əlaqələri davam etdirmək niyyətindəyik."
.