Çin ilk dəfə Yaponiya və ABŞ-ın birgə hərbi təlimi zamanı ehtimal olunan düşmən kimi müəyyən edilib.

Bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Hərbi təlimin kompüterdə simulyasiyası zamanı Çinin Tayvana hücumu halında ssenarilər üzərində işlənib.

Bu ilin sonuna qədər ABŞ və Yaponiya hərbçilərinin Tayvan boğazında vəziyyətin gərginləşməsi halında birgə fəaliyyətə dair plan hazırlayacaqları planlaşdırılır.

.