Yaponiyada “Toyota”, “Sony” və “Mizuho” da daxil olmaqla ən böyük şirkətlər ABŞ-nin rüsumları səbəbindən 4 trilyon yenə qədər (27,6 milyard ABŞ dolları) itirə bilərlər.

Yenizaman TASS-a istinadən xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti məlumat yayıb.

Nəşrin qiymətləndirməsinə görə, itkilərin ümumi məbləği vəziyyətin qeyri-müəyyənliyi ilə əlaqədar arta bilər.

Nəşr qeyd edib ki, ən həssas sahələrdən avtomobil istehsalı olub. Yaponiya 2023-cü ildə ABŞ-yə dəyəri 40 milyard dollardan çox olan 1,5 milyon avtomobil tədarük edib.

"Tarif siyasətinin təsiri çox böyükdür", - “Honda”nın rəhbəri Toşihiro Mibe bildirib.

Daha əvvəl bildirildiyi kimi, Yaponiyanın yeddi aparıcı avtomobil istehsalı şirkətinin ABŞ-nin gömrük rüsumlarının artırılması səbəbindən 2025-ci ildə itkiləri azı 2,7 trilyon yen (təxminən 18,5 milyard dollar) təşkil edə bilər. Yaponiyanın ən böyük avtomobil istehsalçısı olan “Toyota”nın isə gəlirlərinin həddindən artıq azalacağı gözlənilir. Bu göstərici 1 trilyon yendən çox (6,8 milyard dollardan çox) ola bilər.

.