Viza qadağası 23 Rusiya vətəndaşına şamil ediləcək
Yaponiya hökuməti Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdiyini bəyan edib.
Sanksiyaları Rusiyanın Ukraynadakı vəziyyətlə bağlı mövqeyi ilə əlaqədar tətbiq edilib. Söhbət aralarında dövlət strukturlarının nümayəndələrinin də olduğu 23 Rusiya vətəndaşına Yaponiyaya vizanın verilməsinə qadağadan gedir. Yapon hökuməti həmin şəxslərin adlarını hələ açıqlamayıb.
"Biz Rusiyanı təmkinli olmağa və məsuliyyətli davranış nümayiş etdirməyə çağırmalıyıq" - Yaponiyanın xarici işlər naziri Fumio Kusida belə deyib.
Xatırladaq ki, mart ayında da Yaponiya Krımın ilhaq edilməsi ilə əlaqədar Rusiyaya qarşı sanksiyalar paketi tətbiq etmişdi.
.
