Yaponiya səhər saatlarında hava məkanını pozmuş Y-9 Çin kəşfiyyat təyyarəsinə qarşı döyüş təyyarələri qaldırıb.

Yenizaman “Reuters“ə istinadən xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik Çin hərbi təyyarələrinin Yaponiya hava məkanını ilk dəfə pozduğunu bildirib və hökumətin diplomatik kanallar vasitəsilə Pekinə qarşı kəskin etiraz etdiyini deyib.

.