Yanğın-xilasetmə idmanı üzrə növbəti dünya çempionatının keçirilməsi nəzərdə tutulan idman bazasına baxış keçirəcəyik.

Bu barədə Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti Aleksandr Çuprian Bakıda Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasına üzv ölkələrin yanğın-xilasetmə xidmətləri rəhbərlərinin XXVI Beynəlxalq Konfransında bildirib.

Federasiya rəhbəri Azərbaycanda mövcüd infrastrukun qənaətbəxş olacağı təqdirdə, növbəti yanğın-xilasetmə idmanı üzrə növbəti dünya çempionatının Azərbaycan keçirilməsini istisna etməyib.

“Biz yanğın-xilasetmə idmanı üzrə növbəti dünya çempionatının keçirilməsi nəzərdə tutulan idman bazasına baxış keçirəcək və gələn il onun harada təşkil olunacağı ilə bağlı yekun qərar verəcəyik”, - Çuprian qeyd edib.

.