Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) XXI əsrdə ən çox meydana çıxan futbolçuların adlarını açıqlayıb.
Siyanın ilk pilləsində 1047 oyunla Portuqaliya millisinin və İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu qərarlaşıb.
36 yaşlı hücumçu XXI əsrdə mindən çox matça çıxan yeganə oyunçudur.
İkinci sırada İspaniya yığmasının və "Real Madrid"in sabiq qapıçısı İker Kasilyas (974 oyun) yer alıb. Braziliyanın "San-Paulu" klubunda oynayan Daniel Alves (969 oyun) üçüncü olub.
.