Ermənistan Milli Təhlükəsizlik Xidməti və polis Eçmiədzin ərazisini tərk edib.

Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin bəyanatında deyilir.

Qeyd olunub ki, bu gün arxiyepiskop Mikael Ajapaxyanın saxlanması haqqında qərarın icrası zamanı Eçmiədzin ərazisində vətəndaşların toplanması qeydə alınıb.

Milli Təhlükəsizlik Xidməti və polis vəziyyətin qəsdən gərginləşdirilməsinin qarşısının alınması üçün ərazini tərk etmək qərarına gəlib.

MTX vətəndaşları vəziyyəti gərginləşdirməkdən çəkinməyə, hüquq-mühafizə orqanlarının qanuni qərarlarının icrasına mane olmamağa, arxiyepiskop Mikael Ajapaxyanı isə hüquq-mühafizə orqanlarından gizlənməməyə çağırıb.

.