Bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfirinin geri çağırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.Bu haqqda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin məlumatında bildirilir. 

Xatırladırıq ki, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndələrinin təyin edilməsi və geri çağırılması dövlət başçısının səlahiyyətlərinə daxildir. Bu xüsusda yayılan bütün məlumatlar yalnız rəsmi mənbələrə əsaslanmalıdır.

P.S Belə yalan məlumatlar yaymaq düşmən dəyirmanına su səpməkdir.Bunu yayan mənbə  bu yalan məlumatın təkzib etməlidir.Yayılan xəbərlər Yalnız rəsmi mənbələrə əsaslanmalıdır. 

.