Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakının işğaldan azad olunmasının 104-cü ildönümü ilə bağlı "Twitter"də paylaşım edib.

Paylaşımda deyilir:

“15 sentyabr tarixində Azərbaycan-Türkiyə qardaşlığının parlaq nümunələrindən biri olan Qafqaz İslam Ordusunun Bakını bolşevik-daşnak işğalından azad etməsindən 104 il ötür. Bu tarixi gündə şəhidlərimizi hörmət və minnətdarlıqla yad edirik”, - nazir qeyd edib.

.