Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov vəzifəsindən azad edilib.
Bu barədə Rusiya prezidenti Vladimir Putin fərman imzalayıb.
Fərmana əsasən, Meşkov Rusiyanın Fransadakı və eyni zamanda Monakodakı səfiri vəzifəsindən geri çağırılıb.
Qeyd edək ki, diplomat bu vəzifəni 2017-ci ildən bəri tutub. Meşkov bu vəzifəyə qədər isə Rusiya xarici işlər nazirinin müavini olub.
.
