Xəzər dənizində 3.7 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 08:22-də qeydə alınan yeraltı təkanların ocağı 19 kilometr dərinlikdə yerləşib.

.