Müğənni Xatirə İslam barəsində deyilən tənqidi fikirlərə münasibət bildirib. Lent.az-ın məlumatına görə, ifaçı barəsində deyilən sözlərə bu cür cavab verib:
"Mən harada demişəm ki, qadınlar boşanandan sonra pis yola gedir? Bunu hansı saytdan oxumusunuz, hardandı bu məlumat? Görüm, özünü gicitkan koluna sürtən kimdir, onu qaşınan yerindən qaşıyım da... Hərdən yazılarda gözüm sataşır ki, guya mən elə söz demişəm. Məncə, bu boyda yalan yazılmaz. Adam hər eşitdiyinə inanmaz, gördüyünə inanar. Bəzi saytlarda gündəm xatirinə yazılan yalan məlumatlardansa, mənim "İnstaqram" səhifəmə baxın. Mənə aid olan xəbərin ən düzgünü buradadır. Pəhrizdəyəm, əsəbiyəm, beynimi xarab etməyin”.
Qeyd edək ki, X.İslam "ATV maqazin onlarla” verilişində bu sözləri deməsi müzakirələrə səbəb olub: "Nə istəyirsiniz məndən? 33 yaşında ər tapmışam, niyə qoymursunuz oturum? İstəmirsiniz ki, müğənnilərin də ailəsi, yanında sağlam həyat yoldaşı olsun? Boşananda nə olur? Hər şey pis olur, adamın adına pis sözlər deyilir, istər-istəməz ayağını əyri yola da atır” .
 
.