"İTAR-TASS" agentliyinin verdiyi məlumata görə, Ukraynanın Xarkov şəhərində yerli əhali "Maydan" iştirakçılarına etiraz olaraq aksiya keçirib. Şəhər administrasiyanın qarşısına toplaşan Rusiya tərəfdarları Xarkov qubernatoru Mixail Dobkin və mer Gennadi Kernesə dəstəklərini nümayiş etdiriblər.
Nümayişçilər həmçinin Xarkov şəhər rəhbərliyinin binası önündəki Avropa Şurasının bayrağını götürərək yerinə Rusiya bayrağını yerləşdiriblər. Yerli əhali aksiyada "Rusiya-Sevastopol-Xarkov", "Şəhərimizi sizə verməyəcəyik" və s. şüarlar səsləndiriblər.
.
