İranın ali lideri ayətullah Əli Xamenei İsraillə münaqişədə qələbə münasibətilə İran xalqını təbrik edib.

Bu barədə ali liderin mətbuat xidməti paylaşım edib.

Qeyd edək ki, iyunun 24-də İranın Ali Milli Təhlükəsizlik Şurası ölkənin İsraillə müharibədə qalib gəldiyini elan edib.

14.05

İranın Ali Lideri Əli Xameneyi İsraillə münaqişənin və ABŞ-nin İranın nüvə obyektlərini bombalamasının başa çatmasından sonra ilk bəyanatını verməyi planlaşdırır.

Bu barədə Xameneyin “X” sosial şəbəkəsindəki səhifəsində deyilir.

"İmam Xameneyinin mühüm televiziya ilə müraciəti bir neçə dəqiqə ərzində yayımlanacaq", - paylaşımda qeyd olunub.

.