“Hər şeyə qadir olan Allah mütləq İran xalqına, həqiqətə və haqq yolda olan tərəfə qələbə əta edəcək”.

Bunu İranın Ali lideri Ayətullah Əli Xamenei X hesabında paylaşımında yazıb.

“Mən sizə demək istərdim ki, düşmən ondan qorxduğunuzu hiss etsə, sizdən əl çəkməyəcək. Bu günə qədər etdiyiniz rəftarı davam etdirin, bu rəftarı qüdrətlə davam etdirin”, - deyə Xamenei vurğulayıb.

İranın Ali rəhbəri onu da əlavə edib ki, İsrailin amerikalı dostlarının meydana çıxması və məlum bəyanatları səsləndirməsi rejimin zəifliyinin və bacarıqsızlığının göstəricisidir.
 

.