Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, idarə, müəssisə rəhbərləri, yerli icra nümayəndələri və bələdiyyələrin iştirakı ilə vətəndaş qəbulu keçirib.

Qəbulda əvvəlcədən müraciət edən sakinlər iştirak edib.

Müraciətlər məşğulluq, əlillik dərəcəsinin təyinatı, qaz təchizatı, yol təsərrüfatı və digər sahələri əhatə edib.

Sakinlər tərəfindən qaldırılan bəzi məsələlər yerindəcə həll olunub. Araşdırılması vacib olan müraciətlər isə müvafiq qurumlara yönləndirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşların şikayət və təklifləri ilə bağlı qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb, qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib.

.