MDB dövlətləri ilə Azərbaycan arasında aktiv miqrasiya dinamikası mövcuddur.

Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov jurnalistlərə açıqlamasında deyib.

"Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 29-cu iclası keçirilir. İclas çərçivəsində üzv dövlətlərdə olan miqrasiya proseslərinin vəziyyəti, miqrasiya sahəsində milli qanunvericiliyə edilən dəyişikliklər, 2025-2026-cı illər bu təsisatın tədbirlər planı, şuranın sədrinin seçilməsi, yeni emblemin təsdiqi, təcrübə mübadiləsi, bu ölkələrin vətəndaşları arasında miqrasiya məsələlərinin tənzimlənməsi olacaq"-, o bildirib.

O bildirib ki, Azərbaycan 3-cü dəfədir bu təsisatın yığıncağına sədrlik edir: "Əvvəlki iclaslar 2010 və 2016-cı illərdə olub. Bu ölkəmizin miqrasiya sahəsində tədbirlərə davam etməsinin göstəricisidir. Görüşdə müzakirə edilən məsələlər vətəndaşların yerdəyişməsinin daha rahat tənzimlənməsinə gətirib çıxaracaq".

.