VTB (Azərbaycan), Azərbaycan Banklar Assosiasiyasının (ABA) Türkiyədə yanğınlar nəticəsində məhv olan meşələrin bərpası təşəbbüsünə qoşulub.

Hər bir bank əməkdaşı ölkədə 5 ağacın əkilməsinə kömək edəcək. Ümumilikdə, VTB (Azərbaycan) meşə fondunun bərpasına kömək etmək üçün Türkiyəyə 1820 ədəd fidan bağışladı.

“VTB ətraf mühitin mühafizəsi layihələrinin inkişafınıhədəfləyib. Buna görə də, ABA-nın təşəbbüsünü dəstəkləmək və yanğınlardan zərər çəkən meşə sahələrinin bərpasına öz töhfəmizi vermək qərarına gəldik. Meşələr planetimizin "ağciyərləridir" və əkilən hər ağac təbii sərvətlərin qorunması yolunda atılan əhəmiyyətli bir addımdır", - deyə, VTB (Azərbaycan)-nın  İdarə Heyətinin Sədri vəzifəsini müvəqqəti icra edən Yevgeni Borodin bildirib. 
 

.