Vokalçıların Bülbül IX Beynəlxalq Müsabiqəsinin açılış mərasimi olub.
Аçılış mərasimi Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutub.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın Rusiyadakı səfiri Xalq artisti Polad Bülbüloğlu müsabiqə iştirakçılarına uğurlar arzulayıb.
Mədəniyyət nazirinin müavini Xalq artisti Murad Hüseynov, Opera və Balet Teatrının direktoru Xalq artisti Yusif Eyvazov da çıxış edərək müsabiqənin əhəmiyyətindən danışıb.
Sonra müsabiqə iştirakçılarının çıxışı başlayıb.
Müsabiqəyə Azərbaycanla yanaşı, Rusiya, Gürcüstan, Özbəkistan, Cənubi Koreya, Ukrayna kimi ölkələrdən iştirakçılar qatılıb.
Qeyd edək ki, Vokalçıların Bülbül IX Beynəlxalq Müsabiqəsi 3-9 iyun tarixlərində keçiriləcək.
Müsabiqənin Bakı və Şuşa şəhərlərində keçirilməsi nəzərdə tutulub.

.