
Macarıstan Baş naziri Viktor Orban Azərbaycan və Türkiyə prezidentlərinə xüsusi təşəkkür edib.
Bunu Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında Macarıstan Baş naziri Viktor Orban bildirib.
Viktor Orban deyib ki, Qərb Rusiya qazını ixrac edən “Türk axını”nın çəkilməsinin qarşısını almaq üçün hər şeyi etdi: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu kəmərin çəkilməsi üçün iradə ortaya qoyub. Bu kəmərlə Macarıstana qaz ötürülür. Mən Azərbaycan Prezidenti İlham Əliyevə də təşəkkür edirəm, keçən il Macarıstana Azərbaycan qazı tədarük olunmağa başlayıb. Eyni zamanda, macar şirkətləri Azərbaycan neft-qaz sektorunda çalışır. Macarıstanla Azərbaycanın münasibətləri strateji xarakter daşıyır”.
.