Son iki gündür ki, bəzi mətbuat orqanlarında və sosial şəbəkələrdə vergi qanunvericiliyində vergidən yayınmanın qarşısının alınması ilə bağlı "vergi xəbərçiliyi”nin nəzərdə tutulduğuna dair məlumatlar yer alıb.

Məsələ ilə bağlı Vergilər Nazirliyindən BAKU.WS-ə açıqlama verilib. Verilən məlumatda bildirilir ki, əslində yayılan informasiyada yanlışlıq var.

"İnformasiyada bildirilir ki gələcəkdə bununla bağlı mükafatlandırma tətbiq oluna bilər. Məsələ ilə bağlı bildiririk ki, nə mövcud qanunvericiliyə dəyişikliklərdə, nə də yaxın perspektivdə belə bir mexanizmin tətbiqi nəzərdə tutulmur.

Dekabrın 25-də Vergilər Nazirliyində keçirilən Vergi Məcəlləsində dəyişikliklərlə bağlı mətbuat konfransında media nümayəndələri tərəfindən vergidən yayınmaya dair məlumatların verilməsi zamanı mükafatlandırma mexanizminin olub-olmaması barədə sual ünvanlanıb.
.