Baş Prokurorluqda keçirilən kollegiya iclasında Azərbaycanda vəhhabilərin törətdiyi cinayət hadisələri müzakirə olunub.
Kollegiya iclasında bildirilib ki, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən böyük ictimai rezonansa səbəb olan cinayət işlərinin, o cümlədən Qusar rayonunda vəhhabilik təriqətinə mənsub bir qrup şəxsin banditizm, polis əməkdaşlarının qəsdən öldürülməsi, Zaqatala rayonunda cinayətkar qruplaşmalar arasında cinayət aləmində üstünlük əldə etmək məqsədilə aralarında baş vermiş münaqişə, Sumqayıt şəhərində çay evində odlu və soyuq silahlar, partlayıcı qurğular tətbiq edilməklə törədilmiş hadisələrlə əlaqədar istintaqı davam etdirilir.
.
