Pentaqon Vaşinqton üzərində baş verən təyyarə qəzası ilə bağlı araşdırmanın başlandığını bildirib.

Bu barədə xarici KİV məlumat yayıb.

Qeyd edək ki, Vaşinqtonda Reyqan hava limanı yaxınlığında sərnişin təyyarəsi və “Black hawk” hərbi helikopteri havada toqquşub. Kansas ştatının Uiçito şəhərindən uçan təyyarədə 60 sərnişin və 4 ekipaj üzvü olub. Hadisədən sonra təyyarə Potomak çayına düşüb. Hazırda ərazidə axtarış-xilasetmə əməliyyatı aparılır.

.