ABŞ Moskva və Kiyev sülh sazişi imzalayana qədər Avropadakı müttəfiqləri vasitəsilə Ukraynaya silah tədarükünü davam etdirmək niyyətindədir.
Bu barədə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker yerli telekanala verdiyi müsahibədə bildirib.
“Biz sülh sazişinin əldə olunması üçün nə qədər vaxt tələb olunarsa, o müddət ərzində silahlarımızın NATO üzrə müttəfiqlərimizə satışını davam etdirmək niyyətindəyik, onlar isə bu silahları ukraynalıların ilk növbədə özlərini müdafiə edə bilmələri üçün Ukraynaya tədarük edəcəklər”, – deyə Uitaker bildirib.
O vurğulayıb ki, söhbət ilk növbədə Ukraynanın hava hücumundan və raket əleyhinə müdafiə sistemlərindən gedir.
Bundan əlavə, ABŞ Ukraynanın döyüş qabiliyyətini qoruyub saxlaması üçün vacib olan həmlə tipli silahların tədarükündən imtina etməyi planlaşdırmır.
.
