Finlandiyanın xarici işlər naziri Elina Valtonen ölkəsi tərəfindən Ukraynaya mümkün bütün dəstəyin göstərildiyini bildirib.

Elina Valtonen bunu "Yle" telekanalına müsahibəsində bəyan edib.

"Əlimizdən gələn hər şeyi edirik. Dörd il ərzində mümkün olan hər şeyi göndərdik, o cümlədən müdafiə materialları və enerji böhranının aradan qaldırılması üçün yardım",- o bildirib.

Finlandiya XİN-nin rəhbəri həmçinin qeyd edib ki, Avropa ölkələrinin Ukraynaya 90 milyard avro məbləğində kredit şəklində yardım göstərməsi vacibdir. Daha əvvəl Macarıstan Avropa Parlamenti tərəfindən təsdiq olunmuş kreditin ayrılmasını bloklayıb.

.