“Payız mövsümündə koronavirus pandemiyası ilə bağlı yoluxmaların artacağı gözlənilir. Bu barədə bir çox ekspertlər proqnozlar verir”.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı açıqlama verib.

Onun sözlərinə görə, ÜST yeni dönəmdə bu günə qədər xəstəlik barədə öyrəndiyi məlumatlar əsasında yeni tədbirlər irəli sürəcək:

“ÜST bu günə qədər araşdırdığı məqamları yenidən gözdən keçirəcək. Artıq ölkənin sərt karantin rejiminə qayıtmasını tövsiyə etmir. Lakin müəyyən bölgələr olaraq karantin tədbirlərinin yenidən tətbiqi və insanların qaydalara məsuliyyətli yanaşmasını tövsiyə edir.

Virusla mübarizənin lokallaşdırılması, bölgələrdə xəstəliklə bağlı vəziyyəti gözdən keçirməsi vacibdir”.

H.Harmancı qeyd edib ki, xəstəliyə yoluxan şəxslərin araşdırılması, onun kimlərlə yaxın ünsiyyətdə olması son dərəcə vacib məsələdir:

“Bu məqama diqqət edilməli və onların sağlam şəxsləri yoluxdurmasının qarşısı alınmalıdır. Bu səbəbdən insanların küçələrdə gəzməsi sərbəst olacaq. Lakin qapalı məkanlarda, bankların qarşısında tibbi maskalar olmadan dayanmaq, başqa şəxslərlə ünsiyyət saxlamaq olmaz.

Bu qaydalara məsuliyyətlə əməl olunarsa, ölkələrdə ciddi, sərt karantinlərin tətbiqinə deyil, daha yumşaldılmış formada, qabaqlayıcı tədbirlərin görülməsinə, lokal qapanmalara gedərək xəstəliklə mübarizəni davam etdirmək olar”.

“Unutmaq olmaz ki, koronavirus ən azı 1-2 il, bəlkə də daha çox  bizimlə birlikdə olacaq”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

O bildirib ki, peyvəndin tapılması üçün ümid var, ancaq hələ ki, ortada sübutlar yoxdur: “Peyvənd tapılsa belə, hər kəsə çatması uzun vaxt tələb edə bilər. Buna görə gigiyena qaydalarına əməl etməliyik. 

Bunlar edildiyi halda ölkələr ümumi olaraq ölkənin qapadılması,  sərtləşdirilmiş karantin rejimi yerinə bölgələrdə, kəndlərdə ayrıca tədbirlər görərək  bu xəstəliklə mübarizəni davam etdirə biləcəklər. Ümid edirik ki, bundan sonra ÜST  bütün ölkələrə ümumi qapatmalar deyil, yoluxma davam etdiyi yerlərdə lokal qapatmalar həyata keçirərək bu xəstəliklə mübarizəni davam etdirə biləcəklərini tövsiyə edəcək. 

Azərbaycan da hazırda rəng sistemi tətbiq edərək bəzi rayonları digərlərindən xəstəliyə yoluxma halına görə daha yüksək riskli sayır. Bu bölgələrdə daha sərtləşdirilmiş tədbirlər tətbiq olunur. Bu baxımdan ÜST həyata keçirilən tədbirləri doğru hesab edir”.   

 

.