Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib.

Bu barədə nazirlik "X" sosial media hesabında paylaşım edib.

"5 il öncə Qarabağda böyük bir zəfər qazanan azərbaycanlı qardaşlarımızın 8 Noyabr Zəfər Gününü ürəkdən təbrik edir, bütün qardaşlarımıza səmimi salamlarımızı çatdırırıq.

Türkiyə və Azərbaycan əbədi olaraq "Bir millət, iki dövlət" prinsipi ilə bir və bərabər olmağa davam edəcək!", - paylaşımda qeyd olunub.

Nazirlik başqa bir paylaşımda isə Türkiyə komandolarının Bakı küçələrini cəsarət və qardaşlıq sədaları ilə dolduracaqlarını, azərbaycanlı qardaşlarını qürurla salamlayacaqlarını bildirib.

"Hərbi Hava Qüvvələrimizin döyüş təyyarələri isə Ay-Ulduzun qüdrətini Bakı səmasında əks etdirərək əbədi qardaşlığımızı dünyaya bəyan edəcək", - paylaşımda vurğulanıb.

 

.