İspaniyanın "Real" klubu braziliyalı hücumçu Vinisius Junioru 2026-cı ilin yayında satmaq qərarına gəlib.

"Bild" xəbər verir ki, bu qərar La Liqanın X turunda "Barselona" ilə oyunda (2:1) baş verən insidentdən sonra qəbul edilib.

Madrid təmsilçisinin prezidenti Florentino Peresin futbolçunun qalmaqallı davranışından yorulduğu bildirilib.

Qeyd edək ki, oktyabrın 26-da baş tutan "Real" - "Barselona" matçının 72-ci dəqiqəsində əvəzlənən Vinisius Madrid klubunun baş məşqçisi Xabi Alonsoya açıq şəkildə narazılığını bildirmişdi. İspaniyalı mütəxəssis oyundan sonra vingerlə danışacağını bəyan etmişdi. Daha sonra Vinisius hərəkətinə görə üzr istəmişdi.

.