Üç və daha çox uşağı olan analara erkən, güzəştli şərtlərlə pensiya çıxmaq hüququnun verilməsi təklif olunub.
Belə təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli çıxış edib.
Deputat deyib ki, erkən pensiyaya çıxma məsələsi çox aktualdır: “Bu kontekstdə 5 və daha çox uşağı olan analar bu hüquqdan istifadə edə bilir. Təklif edirəm ki, bu, üç və daha çox uşağa olan analara şamil edilsin. Bu, sosial nöqteyi-nəzərdən çox ədalətli olar”.
Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanuna əsasən, hazırda 5 və daha çox uşağı olan şəxslərin güzəştli şərtlərlə (pensiya yaş həddi 5 il azaldılmaqla) pensiyaya çıxmaq hüququ var.
.
