Fevralda Avropa İttifaqına (Aİ) Rusiyanın enerji resurslarından tam imtinanı nəzərdə tutan plan təqdim olunacaq.

Yenizaman xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa Parlamentinin deputatları qarşısında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Aİ-də enerji qiymətlərinin Çin və ABŞ-dəki qiymətlərlə müqayisədə yüksək olmasına baxmayaraq, Rusiyanın enerji resurslarından tam imtina etmək lazımdır.

"Avropada enerji daşıyıcılarının qiymətləri ABŞ və ya Çindəki qiymətlərdən yüksəkdir. Buna görə də biz Rusiya yanacağından imtina prosesini yekunlaşdırana qədər onları aşağı salmalıyıq. Hər iki məqsəd vacibdir - onlara nail olmaq lazımdır. Bütün bunlar fevralda təqdim edəcəyimiz yeni enerji planının bir hissəsi olacaq", - sədr qeyd edib.

.